Cümə axşamı , 13 Mart 2025
Drone Cameras

Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 681 mln. manat kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan “Report”a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 680,76 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,756 mln. manat, “Zaminbank” ASC – 52,242 mln. manat, “Kredobank” ASC – 26,925 mln. manat, “Dekabank” ASC – 3,016 mln. manat, “Atrabank” ASC – 14,179 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC – 1,88 mln. manat, “Bank of Azerbaijan” ASC – 24,117 mln. manat, “Gəncəbank” ASC – 969 min manat, “Texnikabank” ASC – 120 mln. manat, “Bank Standard” QSC-nin qorunan əmanətçiləri isə 394,613 mln. manat kompensasiya alıblar. 

Check Also

Dövlət Komissiyası: Ermənistanın hərbi təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb

Ermənistanın hərbi təcavüzü nəticəsində 4 min nəfərə yaxın azərbaycanlı itkin düşüb. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir