Şənbə , 18 Yanvar 2025
Drone Cameras

“Azərbaycanda boşanmaların səbəbi Feysbukdur” – Hadi Rəcəbli

Millət vəkili Hadi Rəcəbli “BBC Azərbaycanca – BBC Azeri”nin qonağı olub.

“Avropada vətəndaş nikahı deyilən yalançı nikahlar var. Rəsmi nikah orda yoxdur. Buna baxmayaraq, orda da nikahdan boşanma olur. Rusiyada nikahdan boşanma 50 faizdir, Azərbaycanda isə 12 faizdir”. 

Bunu Milli Məclisin deputatı Hadi Rəcəbli “BBC Azərbaycanca”nın efirində deyib. Deputat Azərbaycan ailələrində baş verən boşanma hallarından danışıb: “Əlbəttə, Azərbaycanda boşanmaların sayı bizi də narahat edir. Gəlin görək, boşanmalarının səbəbini araşdırmışıq? Azərbaycanda boşanma hallarının səbəbi nədir? Feysbuk. Mənim dədəm belə dedi, sənən elə danışdı. Boşanmaların səbəbi kimi sosial şəbəkələrdir. Maddiyyat burada sonrakı mərhələdir. Çünki, bir-birini sevənlər bir-birinə dəstəklər olurlar, maddiyyat və sosial məsələlər onlar üçün axrıncı yerdədir. Mən bunu sizə bir peşəkar mütəxəssis kimi əminliklə deyirəm. Birinci yerdə gedir, emosiayalar, ikinci yerdə ailə müdaxilələri. Amma çox təəssüflər olsun ki, bəziləri boşanma məsələsində bunları qoyur bir tərəfə və sosial məsələlərdən yapışırlar. Əlbəttə, bunları istisna etmək olmaz”. 

H.Rəcəbli efirdə qohumlarının sayından da danışıb: “Mən buradan sizlərə bir məsələni demək istəyirəm. Parlament deyəndə, deputat deyəndə elə təsəvvür edirlər ki, biz dünyadan təcrid olunmuşuq. Mənim 4500 nəfər xalam oğlu, bibim oğlu, dayım oğlu, əmim nəvəsi və s belə qohum-əqrəbam var. Lənkəranda yaşayırlar. İmkanı zəif olanı da var, imkanı yaxşı olanı da var. Cəmiyyətdə baş verən bütün proseslərdən xəbardaram. Amma niyə biz neqativləri qabardıb, yaxşı işlərlə maraqlanmaq istəmirik? Fitrə çıxarırlar da, bəzən. Deyir, fitrəni kimə verək? Kasıba. Nəyin kasıbına? Bəlkə, alkoqolikin kasıbıdır. Bəlkə, o, bədxərcdir deyə, kasıbdır. Əlbəttə ki, sosial durumu ağır olan adam başqadır. Sonda onu demək istəyirəm ki, cəmiyyət olan yerdə, problemlər də olar”.

(İnterpress.az)

Check Also

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir