Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Azərbaycanda iki siyasi partiyanın birliyi yaradılır

Azərbaycan Demokrat Partiyası (ADP) ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) rəhbərliyi əməkdaşlıq məsələsini müzakirə ediblər. 

 

Bu barədə “Report”a ADP sədri Sərdar Cəlaloğlu məlumat verib.

O bildirib ki, əməkdaşlıq təklifini ADP irəli sürüb: “Vətəndaş və İnkişaf Partiyasının cavabından sonra əməkdaşlığın forması müəyyən ediləcək. Biz düşünürük ki, müxalifət partiyalarının arasında inteqrasiya olmalıdı. Digər partiyalar da bu təşəbbüsə müsbət yanaşsalar, həmin təşkilatlarla da müzakirələr aparıla bilər”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Report”a açıqlamasında deyib ki, əməkdaşlıq məsələsi partiyada müzakirə olunub: “Bütövlükdə bu məsələyə müsbət yanaşırıq. Yekun nəticə yaxın vaxtlarda açıqlanacaq”.

Check Also

2026-cı ilin bayram günləri – Baş nazir QƏRAR VERDİ

Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir