Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Azərbaycanda ən çox vətəndaş qəbul edən nazirin adı açıqlanıb – TAM SİYAHI

2016-cı ildə respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən 67 şəhər və rayonda keçirilmiş qəbullarda iştirak edən 8048 vətəndaş 6109 müraciət təqdim edib.
“Report”un xəbərinə görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib ki, qaldırılan məsələlərin 5224-ü (85,5 faizi) qəbulu keçirən mərkəzi icra orqanının səlahiyyətlərinə aid olub.
Onun sözlərinə görə, qəbullarda iştirak etmiş 8048 vətəndaş daxili işlər (2164), əmək və əhalinin sosial müdafiəsi (720), ədliyyə (426), ekologiya və təbii sərvətlər (351), təhsil (339), gənclər və idman (287), mədəniyyət və turizm (278), kənd təsərrüfatı (267), nəqliyyat, rabitə və yüksək texnologiyalar (257), vergilər (255), səhiyyə (234), fövqəladə hallar (215), iqtisadiyyat (180) nazirləri, Əmlak Məsələləri (333), Gömrük (241), Dini Qurumlarla İş üzrə (231), Ailə, Qadın və Uşaq Problemləri (126) dövlət komitələrinin sədrləri, baş prokuror (325), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (439), Dövlət Sərhəd Xidmətinin (254) rəisləri və Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Direktorlar Şurasının (126) sədri tərəfindən qəbul edilib.
PA-nın şöbə müdiri qeyd edib ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə keçirilən qəbullarında iştirak edən vətəndaşlar onları maraqlandıran suallara cavab tapıb, narahat edən məsələlərin həllinə nail olub və hüquqi məsləhətlər alıblar: “Həmin qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin 39,1 faizi müsbət həll olunub, 41,2 faizi ilə bağlı onlara izahat və tövsiyələr verilib, digərləri icrada saxlanılıb və ya aidiyyəti üzrə dövlət orqanlarına istiqamətləndirilib, bir qismi isə əsassız sayılıb”.
Qeyd edək ki, Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubovdur.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 2013-cü ildən başlayaraq bölgələrdə vətəndaşların problemlərini öyrənib həll etmək məqsədilə müvafiq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin qəbulları

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir