Bazar , 3 Dekabr 2023

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi açıq tender elan edib

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi açıq tender elan edib.

Komitənin informasiya və analitik araşdırmalar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tender müxtəlif lotlar üzrə elan edilib, o cümlədən, qadın sahibkarlığının inkişafı, qadın və uşaq hüquqlarının müdafiəsi, təbliği, məşğulluq strategiyasının həyata keçirilməsi, ailələrin sosial müdafiəsinin güçləndirilməsi istiqamətində maarifləndirmə və təbliğat işlərinin genişləndirilməsi, uşaqlar müharibənin günahsız qurbanları mövzularında tədbirlərin keçirilməsi; regionlarda valideyn məsuliyyətinin artırılması və s.

Təkliflərin qiymətlindirilməsi aşağıdakı meyarlara üstünlük veriləcək – aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə.

Sənədlər martın 3-dək tender komissiyasına təqdim edilməlidir.

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir