Cümə , 27 Fevral 2026
Drone Cameras

Azərbaycanlı “qanuni oğru”ların sayı açıqlandı – Adlar

Hazırda dünyada 17 azərbaycanlı “qanuni oğru” var.

Boyukmillet.com lent.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın kriminal mətbuatı məlumat yayıb.

Məlumata görə, onların bəziləri həbsxanada, bir neçəsi axtarışda, qalanları azadlıqdadır.

“Zaur Naxçivanski”, “Tolik Noqinski”, “Albert Piterski”, “Rüfət Gəncinski”, “Emin Hacıqabulski”, “İlqar Bakinski” Rusiyada həbsxanadadırlar. “Lotu Quli” isə Azərbaycanda cəza çəkir.

İki nəfər “Rəşad Gəncinski” və “Yusif Şamxorski” Rusiya, “Rafət Əlibayramlinski” isə Azərbaycan tərəfindən axtarışa verilib.

“Yunus Yasamalski”, “Namiq Bakinski” (“Lotu Quli”nin qardaşı), “Hacı Beyləqanski”, “Ceyhun Gəncinski”, “Vaqif Diplomat”, “Arif Sumqaitski”,  “Dato (Cavid) Ağcabədinski” isə azadlıqdadır.

Azərbaycanlı “qanuni oğru”ların arasında ən yaşlıları “Yunus Yasamalski” və “Arif Sumqaitski”dir. Onların hər ikisinin 56 yaşı var.

Ən gənc “qanuni oğru”lar isə “Dato Ağcabədinski” və “Zaur Naxçivanski”dir. Onlar 1985-ci il təvəllüdlüdürlər.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir