Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

“Azərsu” sayğaclar üçün batareyaların alınması məqsədi ilə tender keçirir

“Azərsu” ASC smart kart tipli, ön ödənişli su sayğacları üçün litium batareyaları və “Azərsu” loqolu plombların satın alınması məqsədilə açıq tender elan edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyətinə üstünlük veriləcək. Tenderdə iştirak etmək istəyənlər lot üzrə 200 manat iştirak haqqı ödəməlidirlər.

İddiaçılar tələb olunan sənədləri fevralın 27-si saat 18:00-a qədər, tender təklifini isə martın 6-sı saat 18:00-dan gec olmamaq şərti ilə “Azərsu”ya (Bakı şəhəri, Moskva prospekti, 67) təqdim etməlidirlər.

Təklif zərfləri martın 7-si saat 15:00-da “Azərsu”da açılacaq.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir