Bazar ertəsi , 11 Dekabr 2023

Çin tarixində ilk dəfə xarici QHT-lərə ölkədə fəaliyyət göstərmək üçün icazə verilib

Çin Xalq Respublikasında ilk dəfə olaraq xarici ölkələrin qeyri-hökumət təşkilatlarının Çində fəaliyyət göstərməsinə icazə verilib. Pekin, Şanxay və Quancouda 30-dan çox xarici QHT-yə müvafiq qeydiyyat sertifikatları təqdim edilib. Sertifikat alan QHT-lər arasında Dünya İqtisadi Forumu kimi tanınmış təşkilatlarla yanaşı, Çinin xüsusi inzibati rayonu olan Honq Konqun, habelə Tayvanın da QHT-ləri var.

Qeyd edək ki, xarici ölkələrin QHT-lərinin Çində fəaliyyətinə icazə verən yeni qanun bu ildən qüvvəyə minib. Çin İctimai Təhlükəsizlik Nazirliyinin (polis) xarici QHT-lər ofisinin direktoru Xao Yunxun deyib ki, təmsil etdiyi qurum xarici QHT-lərin qeydiyyatı üçün münbit şərait yaratmaqla yanaşı, onların hüquqlarının qorunmasını təmin edəcək.

Qanuna əsasən İctimai Təhlükəsizlik Nazirliyinin mərkəzi aparatı ilə yanaşı, vilayət səviyyəsindəki bölmələrinə də Çində fəaliyyət göstərmək istəyən xarici QHT-ləri qeydiyyata almaq hüququ verilib.

 

AZƏRTAC

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir