Bazar , 19 May 2024
Drone Cameras

Azad edilən ərazilərə 639 reys təşkil olunub, 27 minə yaxın şəxs yurdunu ziyarət edib

“Yolumuz Qarabağa” portalı üzərindən Şuşa, Ağdam və Füzuli şəhərinə indiyədək ümumilikdə 639 reys həyata keçirilib”.

Boyukmillet.com-un xəbərinə görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi Qrupunun rəhbəri Rəhman Hümmətov Şuşa şəhərində keçirilən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclasında deyib.

O, “Yolumuz Qarabağa” portalı üzərindən Şuşa, Ağdam və Füzuli şəhərinə indiyədək təşkil edilən avtobus marşrutları barədə iclas iştirakçılarını məlumatlandırıb. “Bu istiqamət üzrə ümumilikdə 639 reys həyata keçirilib, 26 226 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib”.

Check Also

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir

Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin …