Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

AZAL yeni “Airbus A321neo” təyyarəsi ilə ilk uçuşunu həyata keçirib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) yeni “Airbus A321neo” təyyarəsi ilə ilk uçuşunu uğurla həyata keçirib.

Boyukmillet com bu barədə AZAL-a istinadən xəbər verir.

Bildirilir ki, ilk reys Bodrum istiqamətində baş tutdu və bu münasibətlə sərnişinlərə xüsusi hədiyyələr, eləcə də ilk uçuşa həsr olunmuş xatirə sertifikatları təqdim olundu.

“Müasir dizaynı və yüksək komfortu ilə seçilən “A321neo” daha rahat səyahət imkanı yaradır. Eyni zamanda, təyyarə yanacaq səmərəliliyi və ekoloji göstəriciləri ilə də fərqlənir. Yeni təyyarənin istismara verilməsi donanmanın yenilənməsi istiqamətində atılan növbəti addımdır”, – məlumatda deyilir.

Check Also

Azərbaycanda lizinq təşkilatları üçün reyestr tələbi müəyyənləşəcək

Maliyyə icarəsi (lizinq) sahəsində fəaliyyət göstərmək istəyən təşkilatlar Azərbaycan Mərkəzi Bankında (AMB) yaradılacaq reyestrdə qeydiyyatdan …