Bazar , 11 Yanvar 2026
Drone Cameras

Azay Quliyev Hesablama Palatasının fəaliyyətində dəyişikliklərin edilməsini TƏKLİF ETDİ

Deputat Azay Quliyev parlamentin bu gün keçirilən plenar iclasında təkliflə çıxış edib.

Boyukmillet.com xəbər verir ki, deputat büdcə təşkilatlarının maliyyə əməliyyatlarının vahid sistemde işlənməsini təklif edib: 

“Hesablama Palatasının da bu sistemə girişi təmin edilməlidir. Bu sistem təşkil olunarsa, bütün qurumların maliyyə fəaliyyəti Hesablama Palatasının auditinə cəlb olunar və heç bir qurum bu auditlərdən kənarda qala bilməz. Bütün bunların həyata keçirilməsi üçün Hesablama Palatasının işçilərinin sayı artırılmalı, lazım gələrsə, qanunvericiliyə dəyişiklik edilməlidir”.

Azay Quliyev həmçinin Hesablama Palatasına yoxlama subyekti olan qurumların əməkdaşları üçün təlimlər keçməsini təklif edib:

“Hesablama Palatası tərəfindən bu qurumlar üçün metodik vəsaitlərin hazırlanmasına ehtiyac var”.

Check Also

Kredit, intiharlar, “ölü pulu”, “nisyə həyat”: DSX hərbiçilərinin düşdüyü vəziyyət

Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən hərbi qulluqçu Meydan TV-yə göndərdiyi məlumatda hərbi hissələrdə sistemli …