Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Azay Quliyevdən Oqtay Gülalıyevlə bağlı Twitter mesajı

“QHT sədri Oqtay Gülalıyevin səhhəti ilə bağlı məsələləri nəzarətə götürdüyünə və müalicəsinin Türkiyədə davam etdirilməsinə verdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevaya təşəkkür edirəm”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Twitter hesabından yazıb.

Azay Quliyev əlavə edib ki, Mehriban xanım bu addımı ilə siyasi mövqeyindən asılı olmayaraq köməyə ehtiyacı olan hər bir azərbaycanlının yanında olduğunu bir daha sübut etdi.

“Dövlətimizin bu xeyirxahlığını yüksək qiymətləndirir və Oqtay Gülalıyevə Allahdan şəfa diləyirəm”.- deyə statusda qeyd olunub.

Check Also

Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq

ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı qrafikdən iki həftə irəli olmaqla davam etdirilir. Boyukmillet.com …