Cümə , 5 İyul 2024
Drone Cameras

Azay Quliyevdən prezidentin çağırışına dəstək

“Şuranın 2-ci qrant müsabiqəsinin əsas mövzularından biri Göyçə, Zəngəzur, İrəvanla bağlı olacaq”

“QHT-lərə Dövlət Dəstəyi Şurasının tezliklə elan edəcəyi 2-ci qrant müsabiqəsinin əsas mövzularından biri XX əsrin əvvəllərində itirilmiş torpaqlarımızın (Göyçə, Zəngəzur, İrəvan) tarixinin, toponimikasının, mətbəxinin və öyrənilməsinə və təbliğinə həsr olunacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu tvitter hesabında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bəyan edib.

Nəzərə çatdıraq ki, prezident İlham Əliyev fevralın 8-də YAP-ın qurultayında çıxış edərkən Qarabağın azad olunması məsələsindən danışarkən həmçinin qeyd edib: “Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı – bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.

O ki qaldı, Ermənistana, indi hər kəs görür ki, bu ölkə öz işğalçılıq siyasətinin girovuna, qurbanına çevrilib. Biz onları demək olar ki, bütün beynəlxalq layihələrdən təcrid etmişik, bütün enerji və nəqliyyat xətləri onlardan yan keçir və bunu biz etmişik”- prezident çıxışında qeyd edib. (Musavat.com)

Boyukmillet.com

Снимок111.JPG (51 KB)

 

 
 

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir