Cümə axşamı , 26 Fevral 2026
Drone Cameras

“Azov” xüsusi təyinatlıları Xarkovda azərbaycanlı iş adamlarının obyektlərinə hücum ediblər

Ukraynanın Xarkov şəhərində azərbaycanlı iş adamlarına hücum olub.

İş adamı Vüqar Kərimoğlunun APA-ya verdiyi məlumata görə, hadisə Xarkovun Qələbə prospektində qeydə alınıb.

Ukrayna Milli Qvardiyasının xüsusi təyinatlı “Azov” batalyonunun hərbçiləri dekabrın 15-də axşam beş azərbaycanlı iş adamına məxsus yolka satışı məntəqəsini dağıdıb, əmlaklarını əlindən alıb.

Hərbçilər azərbaycanlıları təhqir edərək, onlara yolkalarını gedib Azərbaycanda satmalarını tövsiyə ediblər.

V. Kərimoğlu həmçinin qeyd edib ki, orada digər millətlərin nümayəndələrinə məxsus satış məntəqələri olmasına baxmayaraq, hərbçilər ancaq azərbaycanlılara hücum ediblər. Onlar azərbaycanlı iş adamlarını təhdid edərək, bir də Xarkovda ticarətlə məşğul olacaqları təqdirdə öldürəcəkləri ilə hədələyiblər.

V. Kərimoğlu Xarkovda qanunla müəyyən edilmiş yerlərdə, icazə əsasında bizneslə məşğul olduqlarını vurğulayıb.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir