Bərdə şəhər 10 saylı körpələr evi- uşaq bağçasinda “1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə tədbir kecirilib.
Boyukmillet.com xəbər verir ki, tədbiri açıq elan edən Günel Əliqızı öncə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Daha sonra uşaqlar Azərbaycan Respublikasının Dövlət himnini səsləndirib.Tədbirdə şəhid ailələri, qazilər, mətbuat nümayindələri və təşkilatlar iştirak edib.
Çıxış edən Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçasının müdirəsi uşaqlara yaradılan dövlət qayğısından razılığını bildirib və fidan balaları təbrik edib.
Suveren, azad, müstəqil ölkəmizdə bəxtiyar yaşayan gülüzlü fidan balalarımız doyunca əylənsinlər deyə Gəncə şəhərindən dəvət olunan “Karnaval studio”nun nağıl qəhrəmanları uşaqlarla rəqs edib, müxtəlif oyunlar keçirdiblər. Qardaş Türkiyənin cizgi filmi “Rafadan Tayfa” nın personajları, Tıq-tıq xanım və siçan bəy, Cırtdan və nənə, Sofiya və Elsa səhnəcikləri körpələri əyləndirmək üçün təşkil edilmişdir.
Qarabağ qaziləri və şəhid ailələri ictimai birliyinin Bərdə rayonu üzrə rəhbəri Etibar Hüseynov çıxış edərək uşaqlara təhsil alıb ölkəmizi dünya miqyasında tanıtmağı, vətənpərvər olmağı tövsiyyə etmişdir.
Şəhid ailələrindən Xudayar Yusifzadənin, Turqut Zeynalovun anaları, Asef Əsgərovun həyat yoldaşı, Aprel qazisi Vüsal Muradov uşaqlarla bir gün kecirməkdən qürurlandıqlarını vurğulayıblar.
Tədbirdə Xudayar Təsnifi səsləndirilib. Bağçada həmin günə təsadüf edən iki körpə fidanın da doğum günü qeyd edilmişdir. Bağça rəhbərliyi 1 iyun -Uşaqların Beynəlxalq Müdafiə Gününü bağçadakı körpələr üçün xüsusi yadda qalan etməyə çalışıblar.