Cümə axşamı , 15 May 2025
Drone Cameras

Bərdə xəstəxanasında ana doğuşdan sonra ölüb 

Bərdə rayonunda ana doğuşdan sonra ölüb.

Boyukmillet.com xəbər verir ki, hadisə ötən gün baş verib.

Bərdə rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən Tərtər rayonu Əskipara kənd sakini, 24 yaşlı Əsədova Sahilə Natiq qızı qeysəriyyə əməliyyatından bir neçə gün sonra dünyasını dəyişib.

O, iyulun 5-də uşaq dünyaya gətirmək üçün xəstəxanaya müraciət edib. S.Əsədova qeysəriyyə əməliyyatından sonra böyrək çatışmamazlığı diaqnozu ilə xəstəxanada saxlanılıb. O, ötən gün xəstəxanada dünyasını dəyişib.

Xəstəxanadan bildirilib ki, S.Əsədovanın dünyaya gətirdiyi körpənin vəziyyəti yaxşıdır, səhhətində heç bir problem yoxdur.

Bu S.Əsədovanın ikinci hamiləliyi olub.

Check Also

Məhkəmə Hacı Vəliyevi həbsdə saxlayıb

“Gənc Qazilər” İctimai Birliyinin sədrinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb Bu gün, mayın …