Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Bərdədə “patı” və heroin satan şəxslər saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olan məlumatlar əsasında Bərdə RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Rauf Qaraşov və Həsən Ravəndi saxlanılıb.

Onların üzərində aparılan şəxsi axtarış zaman satış məqsədi ilə qablaşdırdıqları “patı” adlanan psixotrop maddə metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirlir.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …