Cümə , 5 Dekabr 2025
Drone Cameras

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub.

Boyukmillet.com xəbər verir ki, kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Aida Mirzəyevadır.

Kitab Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, dahi söz ustadının poeziyasındakı milli ruhun gürcü oxucusuna tanıdılması məqsədilə hazırlanıb.

Monoqrafiya Tbilisidə “Universal” nəşriyyatı tərəfindən yayımlanıb və 191 səhifədən ibarətdir. Elmi redaktoru filologiya elmləri doktoru, prof.Almaz Əliqızı, rəyçiləri: filologiya elmləri doktoru, prof.Vaqif Sultanlı və fil.ü.f.d,dosent İradə Rəhmanovadır.

Monoqrafiyada Bəxtiyar Vahabzadənin poeziyasında istiqlal düşüncəsi,milli ruh,vətən sevgisi və azadlıq ideyalarının poetik və fəlsəfi təhlilinə yer verilir.
“Bəxtiyar Vahabzadə poeziyasında istiqlal ideyası” adlı elmi monoqrafiyası artıq gürcü dilində də nəşr olunub .Bu tədqiqat əsəri Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunub və onun poeziyasında milli istiqlal düşüncəsinin bədii təcəssümünün elmi müstəvidə araşdırılmasına xidmət edir.

Check Also

Əminə Yusifqızı ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək

Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi bu gün keçiriləcək. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat …