Çərşənbə , 8 May 2024
Drone Cameras

Bəzi məktəblərdə dərslər təxirə SALINDI

Soyuq hava şəraiti ilə əlaqədar olaraq bu gün də Bakının bəzi məktəblərində tədris təxirə salınıb.

Boyukmillet.com xəbər verir ki, bir sıra məktəblərin rəhbərliyi valideynlərə övladlarını dərsə gətirməməyi tövsiyə edib.

Hava şəraiti ilə əlaqədar ümumtəhsil müəssisələrində tədrisin dayandırılması ilə bağlı Təhsil Nazirliyinin qərarı yoxdur. Nazirlik ötən gün üçün yalnız davamiyyətin çox aşağı düşməsi ilə bağlı məlumat vermişdi.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda bu gecə havanın temperaturu mənfi 9 dərəcə şaxta olub, yollar buz bağlayıb. Günün ikinci yarısından etibarən hava şəraitinin normallaşacağı gözlənilir.   /Modern.az/

Check Also

Cənub rayonlarının enerji verilişində fasilə yaranacaq

“Azərişıq” ASC-nin Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində …