YAP-ın üzvü olan jurnalist Xəyyam Salmanzadə Bərdə rayon icra hakimiyyətin idarə etmə aparatinin müdürü Zaur Bəylərovu şok cinayətdə ittiham edib. Sosial şəbəkədə video paylaşaraq Z.Bəylərovun 200 min manat qiyməti olan, 90 ZG 909 dövlət nömrə nişanlı ”Toyota Land Gruiser” markalı avtomobillə qəza törədərək iki nəfəri ölümünə səbəb olduğunu bildirib.
Onun sözlərinə görə, hadisə 2017-cı il dekabrın 10-da Bərdə-Tərtər yolunda baş verib: ”Sürücü Elşad vəfat edib. İki yaralı isə xəstəxanaya çatıdırlıb. Yaralılardan digəri də xəstəxanada dünyasını dəyişib. Bundan sonra Zaur Bəylərov icra başçısı Vidadi İsayevin himayəsinə sığınaraq cinayəti ört-basdır edir. Ölkə başçısının bu məsələdən xəbər tutumaması üçün istənilən imkanlarından istifadə edir”.
YAP nümayəndəsi Z.Bəylərova qarşı digər sərt ittihamlar da irəli sürüb. Onun açıqlamasını təqdim edirik:
Z.Bəylərov bu ittihamlarla bağlı criminal.az-ın sualını cavablandırmayıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, dekabrın 10-da saat 20 radələrində Tərtər rayonu ərazisində şəhər sakini Elşad Quliyevin idarə etdiyi “KİA” və Bərdə rayon sakini Zaur Bəylərovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə E.Quliyev hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. (Bastainfo.com)
Boyukmillet.com