Cümə , 17 Yanvar 2025
Drone Cameras

Qaz limiti sıfırlanıb? – Abonentlər şikayət edir – “Azəriqaz”dan CAVAB

Tarif Şurasının 22 dekabr, 2016-cı il 19 nömrəli qərarına əsasən 2017-ci ilin yanvarın 1-dən təbii qazın qiyməti 1700 kub metrədək olanadək 10 qəpikdən, bundan artıq olan hissəsi üçün ödəniş isə 20 qəpikdən hesablanıb. 

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayev bir müddət öncə verdiyi açıqlamasında bildirmişdi ki, istifadə olunmuş təbii qazın uçotunun aparılması və istehlakçıların məlumatlandırılması məqsədilə dekabrın sonundan etibarən 2017-ci il üçün nəzərdə tutulmuş limit başa çatdırılacaq və növbəti il üçün limitin hesablanmasına start veriləcək.

Buna baxmayaraq, bəzi sayğaclarda limit sıfırlanmayıb. Yaranan problem limiti sıfırlanmayan abunəçiləri narahat edir.

Məsələyə aydınlıq gətirmək üçün “Azəriqaz” İB-nin mətbuat katibi İbrahim Kərbəlayevlə əlaqə saxladıq. İ.Kərbalayev Cebhe.info-ya açıqlamasında bildirib ki, sayğaclarda qaz limiti yenilənib: 

“Öncədən məlumat vermişdik ki, dekabrın sonlarından yanvarın 1-dək mexaniki qaz sayğaclarının göstəriciləri götürüləcək, bu tarixdən etibarən yenidən 1700 kub metr limitin verilməsi təmin olunacaq. Artıq bu proses “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilib”. 

İ.Kərbalayev bildirib ki, belə bir problem yaranarsa, “Azəriqaz” İstehsalat Birliyinin qaynar xəttinə məlumat verilsin.

Qeyd edək ki, İ.Kərbalayev ötən ilin sonunda verdiyi açıqlamasında 2017-ci il ərzində abunəçilərin istehlak etdikləri təbii qazın monitorinqinin aparıldığını bildirərək qeyd etmişdir ki, mexaniki qaz sayğacı ilə təmin olunan abunəçilərin 20%-i ayrılmış illik limiti keçib. (Cebhe.info)

Nigar Məhərrəm

Check Also

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir