Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Ba­kı Fo­ru­mu­na gə­lən məş­hur dün­ya xa­dim­lə­ri – xa­ri­cə Azər­bay­can hə­qi­qət­lə­ri­nin da­şı­yı­cı­la­rı ro­lun­da…

Sa­mir Adı­gö­zəl­li: “Keç­miş döv­lət xa­dim­lə­ri, dip­lo­mat­lar və di­gər nü­fuz­lu şəxslə­rin Ba­kı­ya təş­rif bu­yur­ma­sı…”

 

Mə­lum ol­du­ğu ki­mi, dü­nən V Ba­kı Bey­nəl­xalq Hu­ma­ni­tar Fo­ru­mu baş­la­yıb. Fo­rum­da 80-ə ya­xın öl­kə­dən 400 nə­fə­rə­dək qo­naq iş­ti­rak edir. Fo­ru­mun rəs­mi açı­lış mə­ra­si­min­də Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev çı­xış edib.

Həm­çi­nin, mə­ra­sim­də Ru­si­ya pre­zi­den­ti Vla­di­mir Pu­ti­nin və BMT rəh­bər­li­yi­nin Fo­rum iş­ti­rak­çı­la­rı­na mü­ra­ci­ə­ti oxu­nub. Açı­lış mə­ra­si­min­də Ru­si­ya hö­ku­mə­ti səd­ri­nin mü­a­vi­ni Ol­qa Qo­lo­dets, İSES­CO-nun baş di­rek­to­ru Əb­dü­lə­ziz Os­man əl-Tu­veycri, UNES­CO baş di­rek­to­ru­nun mü­a­vi­ni Qe­taç­yu En­qi­da çı­xış edib.

Fo­ru­mun ple­nar ic­la­sı ke­çi­ri­lib. Ple­nar ic­las­da si­ya­si və di­ni li­der­lər, No­bel mü­ka­fa­tı la­u­re­at­la­rı, “də­yir­mi ma­sa” rəh­bər­lə­ri çı­xış edib. Sentyab­rın 30-da Fo­rum çər­çi­və­sin­də müx­tə­lif möv­zu­lar­da “də­yir­mi ma­sa”lar ke­çi­ri­lə­cək.

Ba­kı Bey­nəl­xalq Hu­ma­ni­tar Fo­ru­mu bə­şə­riy­yət­də ma­raq do­ğu­ran qlo­bal xa­rak­ter­li mə­sə­lə­lə­rə da­ir ge­niş spektrli di­a­loq­lar, fi­kir mü­ba­di­lə­lə­ri və mü­za­ki­rə­lər apar­maq məq­sə­di­lə hər il ta­nın­mış döv­lət xa­dim­lə­ri­ni, el­min müx­tə­lif sa­hə­lə­ri üz­rə No­bel mü­ka­fa­tı qa­lib­lə­ri­ni və nü­fuz­lu bey­nəl­xalq təş­ki­lat­la­rın rəh­bər­lə­ri­ni, o cüm­lə­dən dün­ya­nın si­ya­si, el­mi və mə­də­ni eli­ta­sı­nın gör­kəm­li nü­ma­yən­də­lə­ri­ni bir ara­ya top­la­yan təd­bir­dir. 2010-cu il­dən ke­çi­ri­lən Fo­ru­mun tə­şəb­büs­çü­lə­ri Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev və Ru­si­ya­nın sa­biq pre­zi­den­ti, ha­zır­da bu öl­kə­nin baş na­zi­ri olan Dmit­ri Med­ved­yev olub­lar.

Ən nə­ha­yət, onu da qeyd edək ki, Fo­rum çər­çi­və­sin­də Ba­kı­ya gə­lən keç­miş döv­lət xa­dim­lə­ri, nü­fuz­lu şəxslər döv­lət təş­ki­lat­la­rın­da da bir sı­ra gö­rüş­lər ke­çi­rib. Bu gö­rüş­lər Azər­bay­ca­nın ta­nı­dıl­ma­sın­da ne­cə rol oy­na­ya­caq?

Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən Bey­nəl­xalq Di­as­por Mər­kə­zi­nin İc­ra Apa­ra­tı­nın rəh­bə­ri Sa­mir Adı­gö­zəl­li­nin söz­lə­ri­nə gö­rə, bu ki­mi gö­rüş­lə­rin ke­çi­ril­mə­si­nin Azər­bay­ca­nın ta­nı­dıl­ma­sı ba­xı­mın­dan müs­təs­na əhə­miy­yə­ti var: “Be­lə mü­hüm fo­rum­la­rın, konfransla­rın ke­çi­ril­mə­si­nin nə­in­ki re­gi­o­nal, ey­ni za­man­da, dün­ya əhə­miy­yə­ti var. Bu ki­mi təd­bir­lə­rin son il­lər ard-ar­da Azər­bay­can­da ke­çi­ril­mə­si­nin fay­da­sı çox­dur. Xa­ric­dən bö­yük nü­ma­yən­də he­yə­ti­nin gəl­mə­si Azər­bay­ca­nın ta­nı­dıl­ma­sı ba­xı­mın­dan bö­yük rol oy­na­yır. Ey­ni za­man­da, Fo­rum çər­çi­və­sin­də Ba­kı­da ke­çi­ri­lən bir sı­ra gö­rüş­lə­rin də bu ba­xım­dan əhə­miy­yə­ti bö­yük­dür. Hər cə­hət­dən bu, Azər­bay­ca­nın ta­nı­dıl­ma­sı­na xid­mət edir. Bu­ra so­si­al, mə­də­ni, ic­ti­mai və di­gər mə­sə­lə­lər da­xil­dir. Azər­bay­ca­nın əl­də et­di­yi na­i­liy­yət­lə­rin nə­ti­cə­si­dir ki, öl­kə­də bu cür san­bal­lı təd­bir­lər ke­çi­ri­lir. Keç­miş döv­lət xa­dim­lə­ri, dip­lo­mat­lar və di­gər nü­fuz­lu şəxslə­rin Ba­kı­ya təş­rif bu­yur­ma­sı, bir sı­ra gö­rüş­lər ke­çir­mə­si Azər­bay­ca­nın dün­ya­da imi­ci­nə müs­bət tə­sir gös­tə­rir. Nə­zə­rə al­maq la­zım­dır ki, bey­nəl­xalq sə­viy­yə­li hər bir bən­zər gö­rü­şün öz əhə­miy­yə­ti var”.

 

baki-xeber.com

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir