Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Bağçalıdan Fələstin liderinə sərt təpki: “Bu sayğısızlıqdır, rəzalətdir”

Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı uyğurları “separatçı və terrorçu” adlandıran Fələstin başçısı Mahmud Abbasa sərt təpki göstərib.

Boyukmillet.com xəbər verir ki, MHP lideri Abbasl sayğısızlıqda ittiham edib.

“Biz həmişə məzlum fələstinlilərin yanında olmuşuq. Biz heç bir söz demədən Fələstinin davasını müdafiə etdik və tərəfimizi aydınlaşdırdıq. Hörmətli Abbas, sizə səslənirəm. Uyğur türklərini “terrorçu” adlandırmaq haqsızlıqdır, günahdır, cinayətdir, rəzalətdir, böyük pislikdir. Türk millətinə qarşı sayğısızlıqdır”, – Bağçalı deyib.

Fələstin lideri Çin dövlət başçısı Si Cinpinlə görüşündə uyğur türklərini (Şərqi Türküstan) “separatizm və terrorizm”də ittiham etmişdi.

Check Also

Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ

Pekin Hörmüz boğazının açıq saxlanmasını və neft, eləcə də mayeləşdirilmiş təbii qaz tədarüklərinə hücumlardan çəkinilməsini …