Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan altı azyaşlı xilas edilib

Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan altı azyaşlı xilas edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi, Suraxanı və Yasamal rayonlarının ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunublar. Xilasetmə tədbirləri nəticəsində azyaşlılar xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …