Cümə axşamı , 19 Mart 2026
Drone Cameras

Bakı Ali Neft Məktəbində “Bayraq günü” qeyd olunub

Bakı Ali Neft Məktəbində (BANM) 9 noyabr – “Bayraq günü” münasibətilə təhsil ocağının bütün auditoriyalarında ilk dərs bu tarixi günə həsr olunub

Bu barədə “Report”a BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, bu, BANM-in rektoru Elmar Qasımovun göstərişi ilə olub. 

Eyni zamanda, BANM-in binasının üzərində Azərbaycan bayraqları asılıb.

Dərslərdə professor-müəllim heyəti tələbələrə Azərbaycan dövlətinin rəsmi dövlət atributlarından biri olan bayrağımıza hörmətlə yanaşmağı, hər zaman dövlətçiliyimizin qorunmasına çalışmağı, bayrağımızı həmişə şərəflə uca tutmağı tövsiyə ediblər. 

Check Also

İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı

İstanbulda Bosfor boğazında gəmi hərəkəti təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq dayandırılıb. Boğazda gəmi hərəkəti 04:53-dən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir