Bazar , 11 Yanvar 2026
Drone Cameras

Bakıda keçirilən əməliyyatlarda qanunsuz dini ədəbiyyat müsadirə edilib

Daxili İşlər Nazirliyi Bakıda qeydiyyatdan keçməyən dini ədəbiyyatlar aşkar edilməsi barədə keçirilən əməliyyatlarla bağlı məlumat yayıb.

Trend nazirliyin saytına istinadən xəbər verir ki, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lökbatan qəsəbə sakinləri Qəndaf Hüseynovanın, Pərixanım İbrahimovanın, İlkin İbrahimovun və qardaşı Samirin evlərinə baxış zamanı oradan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən 56 ədəd kitab aşkar edilərək götürülüb.

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə Sahil qəsəbəsində yaşayan Gürcüstan vətəndaşı Rizvan Həmidovun evinə baxış zamanı oradan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən 159 ədəd kitab və 9 ədəd jurnal aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Check Also

Sabiq vergi müfəttişi 395 min manatlıq dələduzluqda ittiham olunur

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin sabiq dövlət vergi müfəttişi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir