Çərşənbə axşamı , 8 Oktyabr 2024
Drone Cameras

Azərbaycan səfiri etimadnaməsini Malta Prezidentinə təqdim edib

Azərbaycanın iqamətgahı Roma şəhərində yerləşən, eyni zamanda Maltadakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini bu ölkənin Prezidenti Mari-Luiz Koleyro Prekaya təqdim edib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, M.Əhmədzadə Azərbaycan Prezidenti İlham Əliyevin Malta Prezidentinə salamlarını və xoş arzularını çatdırıb, son illərdə iki ölkə arasında əlaqələrin inkişafında müşahidə olunan intensivliyi qeyd etdi, əlaqələrin bundan sonra daha da inkişafı üçün çalışacağını bildirib.

Malta Prezidenti Mari-Luiz Koleyro Preka onun salamlarını və xoş arzularını azərbaycanlı həmkarına çatdırmağı xahiş edib, Maltanın Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verdiyini, bu xüsusda son dövrdə Maltadan Azərbaycana çoxsaylı yüksək səfərlərin həyata keçirildiyini deyib. Prezident Mari-Luiz Koleyro Preka cari ilin aprel ayında Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfəri və səfər vaxtı Prezident İlham Əliyevlə görüşü ilə bağlı xoş təəssüratlarını bölüşüb.

Görüşdə müxtəlif sahələrdə əlaqələrin inkişafı perspektivləri, 2017-ci ilin birinci yarısında Maltanın Avropa İttifaqına sədrliyi dövründə Azərbaycan-Aİ əməkdaşlığına verə biləcəyi töhfə, habelə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

M.Əhmədzadə bu ölkənin xarici işlər naziri Corc Vella, Malta Parlamentinin sədri Ancelo Farruca, parlamentin xarici əlaqələr komitəsinin rəhbəri Luçano Busuttil, Azərbaycanla parlamentlərası dostluq qrupunun rəhbəri Kris Acus və digər parlament üzvləri ilə görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, regional mövzular, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir