Bazar , 22 Mart 2026
Drone Cameras

Bakının “Neftçi” klubu Albaniyanın “Kukesi” komandası ilə qarşılaşıb

Bakının “Neftçi” futbol klubu Antalyada təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, komandamız Albaniyanın “Kukesi” klubu ilə qarşılaşıb.

“Bellis Deluxe” otelinin meydançasında keçirilən görüşdə “Neftçi” komandası 2:4 hesabı ilə məğlub olub.

“Neftçi”nin qollarını Zdenek Folprext və Cavid İmamverdiyev vurublar.

Qeyd edək ki, Bakı təmsilçisi hazırlıq prosesi çərçivəsində yerli “Sivasspor” komandası ilə heç-heçə (0:0) oynayıb, Özbəkistanın “Nasaf” klubuna məğlub olub – 0:1.

Check Also

İran Trampın Hörmüz boğazının açılması ilə bağlı ultimatumuna cavab verib

İran Silahlı Qüvvələri Vaşinqton İslam Respublikasının elektrik stansiyalarına hücum etmək qərarına gələcəyi təqdirdə, Birləşmiş Ştatların …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir