Şənbə , 7 Noyabr 2026
Drone Cameras

Bakıda döyüş növləri üzrə festivalda 500-dək idmançı birincilik uğrunda mübarizə aparıb

Şağan Olimpiya İdman Kompleksində Azərbaycan Muay-Tay və Alpaqut federasiyaları, Döyüş Növləri Assosiasiyalarının təşkilatçılığı ilə festival keçirilib.

AZƏRTAC xəbər verir ki, döyüş növləri üzrə festivalda Azərbaycan, Türkiyə, Rusiya, İran, İraq, Gürcüstan və Pakistandan 500-dək idmançı iştirak edib. Festival çərçivəsində idmançılar alpaqut, sərbəst döyüş, muay-tay və ciu-citsu üzrə yarışlarda 13 çəki dərəcəsində qüvvələrini sınayıblar.

Uşaqlar, yeniyetmələr və gənclər arasında təşkil olunan festivalın qalibləri Suraxanı Rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılıb.

Check Also

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir