Bazar , 11 Yanvar 2026
Drone Cameras

Bakı Banklararsı Valyuta Birjası ləğv olunub

“Bakı Banklararsı Valyuta Birjası” QTSC ləğv olunduğunu elan edib.

Boyukmillet.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 75, mənzil Winter Plaza, otaq 304 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Bakı Banklararası Valyuta Birjası vasitəsilə banklar arasında valyuta əqdlərinin bağlanması 2015-ci ilin iyun ayında dayandırılıb. Bu səbəbdən banklar arasında bu proses açıq bazar seqmentində həyata keçirilirdi.

Xatırladaq ki, Bakı Banklararsı Valyuta Birjası 1993-cü ildə yaradılıb. Onun qanuni təmsilçisi isə Fərhad Fikrət oğlu Əmirbəyovdur.

Check Also

Azərbaycanda vahid xəzinə hesabının idarə edilməsindən ötən il 121 milyon manat gəlir əldə olunub

2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir …