Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Bakı beynəlxalq forumu Makronun seçkilərdə antimüsəlman cinayətini ifşa etdi…

Rauf Zeyni: “Fransada 8-10 milyon müsəlman olmasına baxmayaraq, hətta prezidentliyə namizədlər belə onları təhqir etməkdən çəkinmir”

Tarixçi, “İslamofobiya lüğəti” kitabının müəllifi Kamil Meziti “İslamofobiya irqçiliyin və ayrıseçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda panel iclasında çıxışı zamanı deyib ki, Fransada son 10 il ərzində klassik irqçilikdən qanuni irqçiliyə keçilib.

O qeyd edib ki, bu ölkədə müsəlmanlara dünyəvliyə zidd olan cəmiyyət kimi baxılmasına başlanılıb:

“Fransada olan müsəlmanlar özlərini Fransa mühitində hiss etmirlər. Fransda onlar üçün mühit yaxşı deyil. Orada islamoparanoya yaşanır. Biz bunu sonuncu prezident seçkilərində gördük. Prezidentliyə namizəd şəxs müsəlmanları təhqir etdi və heç bir cəza almadı. Siyasətçilər öz siyasi karyeralarını qurmaq üçün bundan istifadə edir. Müsəlmanların da hüquqları var. Kimsə cinayət törətdikdə biz deyirik ki, o katolik, xristian terroristdir? Xeyr. Sadəcə terrorçudur deyirik. Bəs, nəyə görə müsəlman terrorist deyilir?”

Dünyaya demokratiya dərsi keçməkdə iddialı olan Fransada belə açıq  antimüsəlman ovqatının hökm sürməsinə ekspertlərin münasibəti necədir?

Forumun işində yaxından iştirak edən Milli Qeyri Hökumət Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Konfransın işində iştirak edən şəxs olaraq bütün təşkilatçılara – Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə (BMTM) dərin minnətdarlığını ifadə edir: “Həqiqətən də, olduqca önəmli tədbir idi. Bir çox məsələlər müzakirə edildi. Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaq olub. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. İslamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında maraqlı müzakirələr aparıldı. Xüsusilə də demokratiyanın keşikçisi adına iddia edən Fransada islamafobiyanın olduqca ciddi hal aldığı ətraflı müzakirə edildi. Təəssüflər olsun ki, vəziyyət doğrudan da açınacaqlıdır. Fransada 8-10 milyon müsəlman olmasına baxmayaraq, hətta prezidentliyə namizədlər belə onları təhqir etməkdən çəkinmir. Bu mənada Fransa beynəlxalq qanunları kobud şəkiıdə pozmuş olur. Çünki onlar bu cür tendensiyalara vərdiş ediblər.  Tədbirdə çıxış edənlər olduqca dəyərli fikirlər söylədilər. Dünyada beynəlxalq hüquq işləsəydi, biz 30 il ərzində işğal amilini gözləməzdik. Həmin hüquqdan istifadə erməklə ərazilərimizi azad edərdik. Fransa üçün isə beynəlxalq hüquq ümumiyyətlə yoxdur. Biz yalnız ictimai rəyi dəyişə bilərik. Buna nail olsaq,  onda islamofobiya, Korsika ilə bağlı nəticələr əldə edə bilərik. Korsikada 150 min əhali öz dilinin qorunmasını tələb edir, buna imkan vermirlər. Bu da beynəlxaıq hüquqin pozulmasıdır”.

Artıq Avropanın bütün ölkələrində müsəlmanlar yaşayır. Bu daha çox miqrantların hesabınadır. Avropa rəsmiləri uzun müddət güman edirdilər ki, xaricdən yeni gələn bu mühacirlər ümumi ansamblda əriyəcək və Qərb dəyərlərinin daşıyıcısı olacaqlar. Bunun üçün də məşhur multikulturalizm nəzəriyyəsi ortaya atılmışdı. Lakin hadisələr bunun əksini göstərdi. Avropanın yeni sakinləri milli-dini dəyərlərinə sadiq qalaraq, Avropanın bəzi çağırışlarına möhkəm ailə dəyərləri ilə cavab verdilər. Nəticədə aparıcı Avropa ölkələrinin rəsmiləri bir-birinin ardınca multikulturalizm siyasətlərinin özünü doğrultmadığını elan etdilər. Bu isə Qərbin özününkülərdən olmayanlara qarşı islamafob meyllərində yeni bir mərhələyə təkan verdi. Bu mərhələdə artıq islamafobiyanın əsas hədəfi miqrantların assimilyasiyasına deyil, müsəlmanlar arasında milli-dini dəyərlərin transformasiyasına yönəlib. Qərb multikulturalizm böhranından çıxış yolunu miqrantların dəyərlərinə hörmət etməkdə deyil, miqrantların dəyərlərinin transformasiyasında axtarmağa çalışır.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Diasporun güclü təşkilatları küsdürüldü, dağıdıldı… – Bülənt Gürçam

“Azərbaycan diasporu son 20 ildə ancaq dağılma, parçalanma prosesi yaşıyır”. Bu sözləri Diaspora.TV-yə açıqlamasında Belçika Azərbaycan …