Şənbə , 18 May 2024
Drone Cameras

Makron: Avropanın Çinə ehtiyacı var

Avropa ölkələrinə təhlükəsizlik və iqlim dəyişikliyi də daxil olmaqla qlobal problemləri həll etmək üçün Çin lazımdır.

Boyukmillet.com xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “La Tribune” nəşrinə müsahibəsində deyib.

“İstər iqlim, istərsə də təhlükəsizlik məsələlərində Çinə ehtiyacımız var. Fransa və Avropanın rolu Çini bu mühüm məsələlər üzrə beynəlxalq müzakirələrə cəlb etməyə imkan verən balanslaşdırıcı qüvvə olmaqdır”, – deyə o vurğulayıb.

İqtisadiyyata gəlincə, bu məsələdə Makron Çinlə əməkdaşlığı davam etdirərək Avropa suverenliyinin gücləndirilməsinin tərəfdarı olub.

“Mən Çindən uzaq durmağı təklif etmirəm. Bununla belə, mən hesab edirəm ki, biz milli təhlükəsizliyimizi və suverenliyimizi qorumaq üçün daha yaxşı iş görməliyik”.

Onun fikrincə, Avropa öz maraqlarını müdafiə edərək, hadisələrə real baxmalıdır.

Check Also

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 22 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, …