Şənbə , 11 May 2024
Drone Cameras

Bakı Dağ Yəhudiləri sinaqoqunda İsrail – Fələstin münaqişəsi zamanı həlak olanların xatirəsi ehtiramla yad edilib

Bakı Dağ Yəhudiləri sinaqoqunda İsrail – Fələstin münaqişəsi zamanı həlak olanların xatirəsi ehtiramla yad edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Dağ Yəhudiləri Dini İcmasının sosial şəbəkədəki səhifəsində məlumat verlib. Məlumatda deyilir:

“Oktyabrın 15-də Bakı Dağ Yəhudiləri sinaqoqunda İsrail – Fələstin münaqişəsi zamanı həlak olan insanların xatirəsi ehtiramla yad edilmişdir. Dünyasını dəyişənlərin “yeddisi günü” münasibətilə Azərbaycanda yaşayan yəhudi din xadimləri həlak olanların ruhlarına dualar oxumuşlar.

Mərasimdə iştirak edənlər amansız terror hücumunda yaralananların tezliklə şəfa tapması, girov saxlanılan insanların azad edilməsini arzulamış, həlak olanların yaxınlarına səbir diləmişlər.

Xatırladaq ki, Bakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev HƏMAS terror təşkilatının İsraildə dinc sakinlərə qarşı amansız hücumunu pisləmiş, bu addımı bütün bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət kimi səciyyələndirmişdir. İcmanın sədri bütün dünya yəhudilərinə dərin hüznlə başsağlığı vermiş, terrorda həyatını itirənlərə Allah-Təaladan rəhmət diləmiş, yaralananlaraın tezliklə şəfa tapmasını, əsir və girov saxlanılan vətəndaşların tezliklə azad olmasını müqəddəs arzu kimi Allah-Təaladan rica etmişdir”.

Seymur ƏLİYEV

Check Also

ABŞ səfiri Qubad İbadoğlu ilə görüşüb

Mark Libbi iqtisadçının tam azad edilməsini istəyir ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi iqtisadçı Qubad İbadoğlu …