Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

“Bakı Fond Birjası”nın dövriyyəsi 75% artıb

Bu ilin yanvar-iyun aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 8 303,1 milyon manat təşkil edib.

Boyukmillet.com BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,5 dəfə artaraq 5 460 olub.

BFB-nin dövriyyəsinin 62,2%-i, yaxud 5 168,5 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 74,4% çoxdur.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 5 dəfə azalaraq 203,65 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 3,9 dəfə artaraq 2 930,9 milyon manat olub.

Check Also

Azərbaycanda bankların sayı azalır: Ramiz Mehdiyevin ailəsinə məxsus “Bank BTB” artıq BOKT olacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank BTB” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsinə ilkin razılıq …