Cümə , 13 Mart 2026
Drone Cameras

Bakı-İrəvan xətti gündəmdə, Tiflis isə sakitdir – Səbəb açıqlandı

Gürcüstanın baş naziri Ermənistanla Azərbaycan arasında Gürcüstan ərazisindən yan keçməklə mümkün birbaşa ticarət daşımaları məsələsinə münasibət bildirib.

Boyukmillet.com xəbər verir ki, baş nazir İrakli Kobaxidze bu cür alternativ marşrutların Gürcüstan üçün təhlükə yaratmadığını vurğulayıb.

Kobaxidzenin sözlərinə görə, son beş il ərzində Orta Dəhliz üzrə yükdaşımaların həcmi yeddi dəfə artıb. Bu artım fonunda Gürcüstanın əsas hədəfi mövcud nəqliyyat və logistika infrastrukturunu maksimum səmərə ilə istifadə edərək artan yük dövriyyəsinə cavab verməkdir.

Baş nazir qeyd edib ki, mümkün alternativ dəhlizlər Gürcüstanın tranzit rolunu zəiflətmir, əksinə, regionda artan ticarət aktivliyini tamamlayıcı element kimi çıxış edir.

Check Also

İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi – Siyahı

“Akkord İnşaat Sənaye” ASC-nin qiyabi olaraq 15 il həbs cəzası verilən keçmiş sahibi İlqar Hacıyevin …