Cümə axşamı , 20 İyun 2024
Drone Cameras

Bakı məktəblərinin buraxılış siniflərini bitirən şagirdlərin sayı açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərin buraxılış siniflərini 72 min 782 şagird bitirir.

Boyukmillet.com xəbər verir ki, 2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 43 min 664, XI siniflərini 28 min 993, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 125 nəfər bitirir.

Eyni zamanda paytaxtda 42 min 70 nəfər I sinfi başa vurur.

Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 29 767 müəllim fəaliyyət göstərir, 505 min 372 şagird təhsil alır.

2023-2024-cü tədris ilində paytaxt üzrə 274 ümumi təhsil məktəbində fəaliyyət göstərən 971 məktəbəhazırlıq qrupuna 21 min 530 uşaq cəlb olunub.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 691 təhsil müəssisəsi fəaliyyət göstərir.

Check Also

Bağçalarda müdir vakansiyası müsabiqəsinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Məktəbəqədər təhsil müəssisələrində müdir vakansiyası üçün keçirilmiş müsabiqənin müsahibə mərhələsi üzrə nəticələr elan olunub. Boyukmillet.com …