Cümə , 22 Noyabr 2024
Drone Cameras

Bakı metrosu fəaliyyətini bərpa edir?

Azərbaycan Prezidentinin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov Azərbaycanda sərt karantin rejiminin daha 2 həftə uzadılacağı ilə bağlı müzakirələrin aparıldığını açıqlayıb.

Vətəndaşları daha çox düşündürən isə sərt karantin günlərində “Bakı Metropoliteni” QSC-nin fəaliyyətinin bərpa olunub-olunmayacağıdır.

Boyukmillet.com xəbər verir ki, məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, bütün qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir:

“Amma Bakı metrosu sərnişinlərə xidmət üçün hər an hazırdır. Metropoliten 20 iyul səhər saat 6:00-da xidmət üçün hazırdır. Amma qərar necə olacaq, sərt karantin rejimi uzadılacaqmı, detallar necə olacaq, metro ilə bağlı hansı qərar veriləcək, bu, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunacaq”.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …