Şənbə , 7 Mart 2026
Drone Cameras

Bakı metrosu martın 8-nə iş rejimini açıqlayıb

8 Mart – Beynəlxalq Qadınlar Günündə “Bakı Metropoliteni” QSC-nin xətlərində qatarların hərəkəti “28 May-Həzi Aslanov” istiqamətində saat 7:00-dan 21:00-a qədər 2,5 dəqiqəlik intervalla tənzimlənəcək.

“Yaşıl və Qırmızı xətlər “28 May” stansiyasında birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” istiqamətində qatarların hərəkəti 2 dəfə çox olacaq. Bununla belə, ehtiyat qatarlar nəzərdə tutulacaq. Xətlər üzrə sərnişin axını diqqətdə saxlanılmaqla, zərurət yaranacağı təqdirdə həmin ehtiyat qatarlar xəttə buraxılacaq. Qatarların “Nərimanov-Bakmil” və əksinə hərəkəti şənbə günləri cədvəlinə uyğun təmin ediləcək. Bənövşəyi xətt üzrə və “Cəfər Cabbarlı-Xətai” mənzilində qatarların hərəkət cədvəlinə dəyişiklik edilməyəcək”, – deyə məlumatda qeyd olunub.

Check Also

Azərbaycan ADB-nin yeni nəsil sərhəd buraxılış məntəqələrinin yaradılması layihəsi üzrə ölkələr sırasına daxil edilib

Asiya İnkişaf Bankı (ADB) sərhəd buraxılış məntəqələri üzrə potensial layihələrin icrasına prinsipial olaraq yeni yanaşma …