Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Bakı-Moskva təyyarəsinin uçuşu texniki səbəblərə görə gecikir

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakıdan Moskvaya planlaşdırılan “Boeing-767” təyyarəsinin (J2-181 reysi) uçuşu texniki səbəblərə görə gecikir.

Boyukmillet.com bu barədə aviaşirkətin feysbuk səhifəsinə istinadən xəbər verir.

Sözügedən reysin sərnişinləri Moskvaya başqa təyyarə ilə yola düşəcəklər.

Zərurət olduqda, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq ehtiyac duyduqları hər şeylə təmin olunacaqlar.

Check Also

Nazirlik: İranda azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər

“İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə (İranda – red.) Azərbaycan dilində tədris aparılan bir …