Şənbə , 20 Aprel 2024
Drone Cameras

Bakıda 8 evdən oğurluq edən şəxslər saxlanılıblar

Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakinləri Valeh Seyidov və Mustafa Abdullayev tutulublar. Araşdırma zamanı onların Xəzər rayonunun qəsəbələrində 8 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub. 

Qeyd edək ki, Valeh Seyidov oğurluq etdiyi evlərə Mustafa Abdullayevin taksi kimi idarə etdiyi avtomobillə gedib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.  Cinayət işi üzrə zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Valeh Seyidov və Mustafa Abdullayevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

 Valeh Seyidov və Mustafa Abdullayev

Check Also

Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb

Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb. Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə daxil olmuş əməliyyat …