Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Bakıda 807 obyektdə qaz balonlarından istifadə aşkarlanıb

Ötən günlər ərzində Bakı şəhəri üzrə reyd keçirilmiş 1870 obyektdən 211-də qaz təsərrüfatına qanunsuz qoşulma, 807 obyektdə isə maye qaz balonlarından istifadə halları aşkar edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən qaz xəttinə qoşulma halları aradan qaldırılıb, qaz sayğacları sökülərək götürülüb: “Həmçinin, obyektlərdə aşkar edilmiş maye qaz balonları obyekt nümayəndələrinin iştirakı ilə obyektlərdən kənarlaşdırılıb və gələcəkdə istifadə olunmamasına dair cavabdeh şəxslərdən iltizam alınıb”.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …