Bazar , 11 Yanvar 2026
Drone Cameras

Bakıda 9 kq narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb

Bakıda 9 kq narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz xarakter alıb. Ucar rayonunda keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 33 yaşlı Orxan Xəlilov tutulub. Onun sərnişin kimi əyləşdiyi avtomobildən 9 kiloqramdan artıq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

O.Xəlilov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Check Also

Qanunsuz orden və medal hazırlamaqda təqsirli bilinən QHT rəhbərinin məhkəməsi başlayır

Qanunsuz orden və medal hazırlamaqda ittiham olunan “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” …