Cümə , 5 Dekabr 2025
Drone Cameras

Bakıda Azərbaycan-İraq Hökumətlərarası Birgə Komissiyanın iclası keçiriləcək

Bakıda Azərbaycan-İraq Hökumətlərarası Birgə Komissiyanın iclası keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İraqa səfər edib.

Səfər çərçivəsində nazir müavini Yalçın Rəfiyev İraqın rabitə naziri, Azərbaycan Hökuməti və İraq Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın İraq tərəfindən həmsədri xanım Hiyam Əl-Yasiri ilə görüşüb.

Görüş zamanı Komissiyanın iki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığın inkişafına verdiyi töhfə xüsusi olaraq vurğulanıb və yaxın gələcəkdə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Komissiyanın növbəti iclasının ikitərəfli əlaqələrə təkan verəcəyinə əminlik ifadə olunub.

Check Also

Əziz Ələkbərli: Ermənistan hələ də azərbaycanlıların geriyə qayıdış hüququnu inkar edir

Ermənistan hələ də azərbaycanlıların geriyə qayıdış hüququnu inkar edir. Boyukmillet.com xəbər verir ki, bunu Qərbi …