Cümə axşamı , 16 Aprel 2026
Drone Cameras

Bakıda toyda 51 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqda araşdırma başlayıb

Bakıda şadlıq evində 50-dən çox şəxsin zəhərlənməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

“Report”un əldə etdiyi məlumata görə, Xətai rayonu “Venesiya” şadlıq evindəki kütləvi zəhərlənmə ilə bağlı Xətai rayon Prokurorluğunda araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin olunub.

Qeyd edək ki, hadisə aprelin 18-də qeydə alınıb. Toy məclisi zamanı kütləvi zəhərlənmə olub.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb.

Check Also

Dənizkənarı Milli Parkda əlillər üçün dayanacaq əlçatan deyil – HESABAT

Dənizkənarı Milli Park ərazisində yerləşən avtobus dayanacağında mövcud infrastruktur təkərli oturacaqdan istifadə edən şəxslərin ictimai …