Cümə , 17 May 2024
Drone Cameras

Bakıda daha bir məkanda Zəfər Günü coşqu ilə qeyd olunacaq

Azərbaycanın Qarabağda qazandığı şanlı qələbənin birinci ildönümü – 8 Noyabr Zəfər Günü Dəniz Mall Ticarət və Əyləncə mərkəzində təntənəli şəkildə qeyd olunacaq.

Boyukmillet.com xəbər verir ki, Zəfər Günü münasibətilə ticarət mərkəzində sərgi təşkil ediləcək.

“Böyük Qələbə uşaqların gözü ilə” adlı sərgidə 8-13 yaşlı uşaqların mövzu ilə bağlı rəsmləri nümayiş etdiriləcək. Sərginin keçirilməsində əsas məqsəd uşaqlara vətənpərvərlik ruhunun və Zəfər Gününün xalqımız üçün önəminin aşılanmasıdır. Sərgidə rəsmləri nümayiş etdirilən uşaqlar müxtəlif həvəsləndirici hədiyyələrlə mükafatlandırılacaqlar.

Tədbirdə Bakı Kamera orkestri, uşaq və böyüklərdən ibarət xor kollektivləri çıxış edəcək.

Sərgi çərçivəsində Dəniz Mall-da yerləşən fontanda unikal su şousunun göstərilməsi nəzərdə tutulub.

Check Also

Birinci Qarabağ müharibəsində itkin düşən Gülalı Dadaşovla vida mərasimi keçirilir

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşovla …