Çərşənbə axşamı , 29 Aprel 2025
Drone Cameras

Bakıda kişi və qadın qonaq getdikləri evdə öldü

Bakıda kişi və qadın dəm qazından zəhərlənərək ölüb.

Boyukmillet.com APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində qeydə alınıb.

1961-ci il təvəllüdlü Natiq Cavadov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Aytən Zeynalova qonaq getdikləri evin hamamında birlikdə çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Check Also

Bakıda bir sıra abidələrin fasadlarında qanunsuz reklam lövhələrinin quraşdırılması halları aşkarlanıb

Bakıda bir sıra abidələrin fasadlarında qanunvericiliyin tələblərinə cavab verməyən reklam lövhələrinin quraşdırılması halları aşkarlanıb. Boyukmillet.com xəbər verir …