Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

Bakıda küləyin sürəti 32 m/s-dək güclənəcək, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü səhərdən 14-ü axşamadək arabir yağıntılı olacağı, yağışla başlayan prosesin sulu qara və bəzi ərazilərdə qara keçəcəyi gözlənilir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Bildirilib ki, 14-ü gecə və səhər ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Şimal-qərb küləyi 13-ü səhərdən 14-dək 15-20 m/s, arabir 23-28 m/s, 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.

Qeyd edilib ki, yanvarın 13-də temperaturun anomal gedişi gözlənilir, belə ki, 12-dən 13-nə keçən gecə və səhər 4°-yə yaxın isti olacağı, lakin günün ikinci yarısından başlayaraq temperaturun 5-8°aşağı enərək,13-də axşam saatlarında 0°-yə yaxın olacağı gözlənilir. 14-15-i gecə saatlarında 0-3° şaxta, gündüz 0-3° isti olacaq.

Güclü küləkli və yağıntılı hava şəraitində yarana biləcək çovğunla əlaqədar yollarda görünüşün məhdudlaşacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında yanvarın 14-15-də gecə və səhər saatlarında bəzi ərzilərdə yolların buz bağlama ehtimalı var.

Check Also

Şöbə müdiri: Azərbaycanda tullantıların idarə olunması ilə bağlı ciddi addımlar atılır

Azərbaycanda tullantıların idarə olunması ilə bağlı ciddi addımlar atılır. Boyukmillet.com xəbər verir ki, bunu Ekologiya …