Çərşənbə axşamı , 14 May 2024
Drone Cameras

Bakıda polis intiharın qarşısını alıb, özü yaralanıb

Bakıda polis intiharın qarşısını alıb, özü yaralanıb.

Boyukmillet.com xəbər verir ki, iyunun 17-si saat 21 radələrində Şirvan şəhər sakini, əvvəllər narkotik vasitələrin istifadəsinə və satışına görə məhkum olunmuş 32 yaşlı Elzamin Allahverdiyev paytaxtın Nəsimi rayonu ərazisindəki yaşayış binalarından birinin 5-ci mərtəbəsinə çıxaraq oradan özünü atmağa cəhd göstərib.

Hadisə yerinə gələn Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı İ.Cavayev aşağı mərtəbədəki pəncərənin şüşəsinin yumruqla qıraraq E.Allahverdiyevin ayağından tutub və digər polis əməkdaşlarının köməyi ilə cəhdin qarşısını alaraq onun həyatını xilas edib.

Sağ bilək və baş nahiyəsindən kəsik xəsarətləri alan polis əməkdaşı DİN-in hospitalına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Check Also

Bakıda obyekt sahibi qanunsuz ağac kəsiminə görə cəzalandırılacaq

Bakı şəhəri Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində, qeyri-yaşayış obyektinin qarşısında iki göyrüş ağacı kəsilib. Boyukmillet.com xəbər …