Şənbə , 27 Aprel 2024
Drone Cameras

Bakıdakı xarici diplomatlar koronavirusa görə toplandı

Boyukmillet.com-un məlumatına görə BMT-nin Bakıdakı ofisində diplomatik nümayəndəliklər üçün koronavirusla (COVID-19) bağlı brifinq keçirilib.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, 60-dan çox diplomatın qatıldığı brifinqdə BMT-nin rezident əlaqələndiricisi Ghulam İsakzai, Azərbaycan Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva və ÜST-nin Cənubi Qafqazda fövqəladə hallara hazırlıq üzrə əlaqələndiricisi Vasili Esenamanov çıxış ediblər.

V.Esenamanov dünyada, o cümlədən Azərbaycanda virusun yayılmasına qarşı ÜST-nin dəstəyi ilə aparılan qabaqlayıcı tədbirlər barədə, xanım Abdullayeva isə müvafiq rəsmi qurumların koronavirusla əlaqədar həyata keçirdiyi tədbirlər haqqında danışıb. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövcud risklərlə bağlı müvafiq tövsiyələr verilib.

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …