Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Güclü külək Azərbaycanın iki rayonunda fəsadlar törətdi

Güclü külək Tərtər və Bərdə rayonlarında bir sıra fəsadlar törədib.

Boyukmillet.com xəbər verir ki bu gün günorta saatlarından başlayan güclü külək hər iki rayonda bir sıra fəsadlara yol açıb.

Belə ki, külək Tərtər şəhər 6 nömrəli orta məktəbin dam örtüyünü uçurub. Bununla əlaqədar olaraq həmin təhsil müəssisəsində dərslər dayandırılıb. 

Bundan əlavə güclü külək Bərdə rayonunda yaşayış binasının dam örtüyünü uçurub. Küləyin təsirindən Bərdə-Yevlax avtomobil yolunun kənarında yerləşən 20-yə yaxın irigövdəli ağac aşıb.

Eyni zamanda təbiət hadisəsi hər iki rayonda elektrik dirəklərini aşırıb və elektrik naqillərini sıradan çıxarıb. Bu səbəbdən hər iki rayonun bəzi ərazilərində elektrik enerjisinin verlişində fasilə yaranıb. 

Rayon paylayıcı elektrik şəbəkəsinin əməkdaşları tərəfindən təmir və bərpa işlərinə start edilib.

Hazırda hər iki faktla bağlı müvafiq Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən dəymiş ziyanın miqdarı və miqyası araşdırılır.

Check Also

Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən Elməddin Fətəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. …